Rusiya Prezidenti Vladimir Putin Sergey Lavrovun yenidən ölkənin xarici işlər naziri olmasını təklif edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Prezident həmçinin Andrey Belousov müdafiə naziri vəzifəsinə təyin edib.
V.Putin Viktor Zolotovun yenidən Rusiya Qvardiyasının rəhbəri, Dmitri Koçnevin isə Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyin edilməsi təklifini irəli sürüb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın müdafiə naziri vəzifəsini Sergey Şoyqu icra edib.
Andrey Belousov
Ayşən Mustafa
Globalinfo.az