Türkiyə qonşusu ilə tarixi prosesə start verir – Barışıq…

Türkiyə qonşusu ilə tarixi prosesə start verir - Barışıq...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiriakos Miçotakis mayın 13-də Ankara və Afinanın qarşıdakı dövrdə izləyəcəyi “yol xəritəsi”ni müəyyənləşdirəcək. 

Globalinfo.az xəbər verir ki, Miçotakis Türkiyə prezidentinin 2023-cü ilin dekabrında Afinaya səfərinə cavab olaraq Ankaraya səfər edir.

Məlumata görə, Ərdoğan və Miçotakis iqtisadiyyat, nəqliyyat, elm, texnologiya, kənd təsərrüfatı, turizm, səhiyyə, eləcə də humanitar əlaqələr kimi sahələrdə əməkdaşlığın davam etdirilməsi məsələsini də nəzərdən keçirəcəklər:

“İki ölkə arasında təxminən 6 milyard dollar olan ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq üçün atılacaq addımlar qiymətləndiriləcək. Ərdoğan həmçinin Mitsotakisə Türkiyənin regional və beynəlxalq hadisələrə, xüsusən də İsrail-Fələstin münaqişəsinə dair fikirlərini və diplomatiyasını açıqlamaq niyyətindədir”.

Tərəflər arasında səhiyyə və tibb elmləri sahəsində, o cümlədən təbii fəlakətlər və fövqəladə hallar zamanı əməkdaşlıq haqqında sazişlərin imzalanması gözlənilir.

Qeyd edək ki, NATO müttəfiqləri Yunanıstan və Türkiyə uzunmüddətli böhran dövründən sonra son bir ildə münasibətləri yaxşılaşdırır.

Safura Bənnayeva
Globalinfo.az