WhatsApp Image 2024 05 03 at 17.08.48

Türkiyə İsraillə ticarət əlaqələrinin bərpa edilməsi üçün şərtlərini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat X hesabında yazıb.

O qəti şəkildə bildirib ki, İsrail Qəzzaya hücumlarını dayandırmalı, atəşkəs bərpa olunmalı və bölgədəki fələstinlilərə humanitar yardımların çatdırılmasına şərait yaradılmalıdır.

Xatırladaq ki, Türkiyə mayın 2-də İsraillə ticarət əlaqələrini kəsdiyini bəyan edib.

Paylaş: