Çavuşoğlunun erməni nazirlə bu görüntüsü maraq doğurdu – FOTO

Çavuşoğlunun erməni nazirlə bu görüntüsü maraq doğurdu - FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu və ermənistanlı həmkarı Ararat Mirzoyanla üçtərəfli ayaqüstü qısa söhbət edib.

Globalinfo.az xəbər verir ki, söhbət zamanı Çavuşoğlunun əmin şəkildə Mirzoyanın qolundan tutması sosial mediada maraqla qarşılanıb.

Məlumata görə, daha sonra XİN başçısı Ceyhun Bayramov da söhbətə qoşulub.

Nazirlərin üçtərəfli ayaqüstü görüşü əsnasında hansı mövzunun müzakirə edildiyi məlum deyil.

Azərbaycan, Türkiyə və Ermənistan XİN rəhbərləri ayaqüstü söhbət ediblər - FOTO