8d87a0a7 6542 3685 bc07 49fd901eb550 850

Azərbaycan və Pakistan hərbçiləri birgə təlimlərin keçirilməsi barədə müzakirələr aparıb.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Müdafiə Nazirliyi və Pakistan Birləşmiş Qərargahı arasında “10-cu Azərbaycan-Pakistan İşçi Qrupu Səviyyəli Görüşü” keçirilib.

Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, hərbi təhsil və elm, əməliyyat planlaşdırılması, birgə təlimlərin keçirilməsi və maraq doğuran digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün yekun protokolu imzalandıqdan sonra qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

ce7b5cf8196946f38c81f4dab061f4c7 97288a8e14ed0b03044552bc499fa77d 9ed9a03db59159bb3985b193be714c24

Paylaş: