1696508181 photo1696507962

“Ukrayna Prezidenti Volodimir Zelenski yalnız Azərbaycana səfər etdikdən sonra Ermənistana buraxıla bilər”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə Ermənistan KİV çıxıb edib.

Son günlər “Mülki müqavilə” partiyasında Zelenskinin mümkün səfəri ilə bağlı müzakirələr gedir. Lakin hakimiyyət Rusiyanın məsələyə reaksiyasının çox kəskin olmasından qorxur. Buna görə də İrəvan Ukrayna prezidentinin ilk növbədə Azərbaycana getməsini gözləyəcəklər.

İddia olunur ki, Bakı Volodimir Zelenskini qəbul edəcəyi halda o, İrəvana buraxılacaq.

Xatırladaq ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan hazırda Ukrayna prezidentinin Ermənistana səfəri ilə bağlı hər hansı rəsmi məlumatın olmadığını bildirib. Spiker belə olan halda Volodimir Zelenskinin sadəcə Ermənistana deyil, ümumilikdə regiona səfər edəcəyini deyib.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: