Türkiyənin Kastamonu şəhərində baş vermiş avtobus qəzası nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin valisi Meftun Dallı məlumat verib.
O qeyd edib ki, hadisə nəticəsində 33 nəfər yaralanıb.
X X X
Türkiyənin Kastamonu şəhərində ağır yol qəzası olub.
Globalinfo.az xəbər verir ki, şəhərin Taşköprü rayonunda avtovusun tarlaya aşması nəticəsində 4 nəfər ölüb, çoxlu sayda yaralı var.
Hadisəyə səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Əraziyə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.