ronaldo zayavil chto mozhet prodat kruzejro a takzhe i valyadolid 17027647201240036180 750x536 1

Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo Nazario gələcəkdə bu komandaları sata biləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, əfsanəvi futbolçu bunun səbəbini açıqlamayıb:

““Kruzeyro”da əbədi qalacağıma zəmanət verə bilmərəm. Etdiyimiz işə və kluba böyük həvəsim var. Amma təbii ki, əbədi qalmaq fikrində deyiləm. Bir ölkədən digərinə keçmək çox yorucu idi, amma hazırda hər iki klubu idarə etmək mənə həzz verir. Bununla belə, gələcəyin necə olacağını sizə deyə bilmərəm”.

Mövsümün sonunda “Kruzeyro” Braziliya A Seriyasında 14-cü yeri tutub. Valyadolid İspaniya Sequndasında keçirdiyi 19 matçdan sonra 35 xalla ikinci yerdədir və La Liqaya qayıtmaq üçün mübarizə aparır.

Paylaş: