7ee08031 7f3f 493f ad93 4167ccbdb4d2

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, qonaqları salamlayan Baş prokuror qardaş Türkiyə ilə xalqımızın Ümümmilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və türk xalqının Ulu öndəri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” fəlsəfəsi ilə tarixən milli köklərə söykənən münasibətlərinin siyasi, iqtisadi, mədəni və digər sahələrdə də dinamik inkişaf etdiyini bildirərək, hər iki dövlətin prezidentləri cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın ciddi səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə qaldırıldığını qeyd edib.

Həmçinin, 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyinə görə bir daha təşəkkürünü bildirib.

Baş prokuror Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti ilə Qarabağda aparılan geniş quruculuq bərpa işləri haqda həmkarını məlumatlandırıb.

Görüşdə sentyabr ayının 19-da dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal anti-terror tədbirləri və ölkəmizin öz suveren ərazisində konstitusion quruluşun tam bərpa edildiyi, oktyabrın 15-də isə ölkə başçısı tərəfindən Xankəndi daxil olmaqla bir sıra azad olunmuş ərazilərdə dövlət bayrağının ucaldıldığı qürur hissi ilə qarşılandığı xüsusi qeyd olunub.

Səmimi qəbula görə təşəkkürünü ifadə edən Mehmet Akarca ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı sevincini bölüşüb. Türkiyə Ali Məhkəməsinin sədri Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi və Türkiyə Cümhuriyyətinin 100 illiyinin baş tutduğu cari ilin hər iki dövlət üçün tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Dialoq zamanı tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.

cc2dfdf3 639e 4337 a30f a969fd6d430e b958a1fd d545 4994 b244 604ea1045e99 1602c4b0 4804 49e4 8559 6a691d797ad4
a27af8e1 b171 43ec 828f 44d6f2fd880e 16823114 59e7 40b3 863e 04ee6036df23 0112625f 3f2f 43c1 83d4 a72943dcc28a 8953f79c a27c 4056 ad56 ffadc60fb529
3d9034ac 81bd 4f01 a726 a231ac85310c

Paylaş: