Mərakeşdə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 2012-yə, yaralıların sayı isə 2059-a çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ qeydə alınıb. Mərakeş şəhərindən 72 kilometr qərbdə 6,9 bal gücündə baş verən zəlzələ ətraf şəhərlərdə, o cümlədən Aqadir, Kasablanka, Kenitra, Rabbat, Essauirada da hiss olunub.
Yeraltı təkanların təsirindən bir çox binalar dağılıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, 120 ildən çox müddətdə bölgədə bu şiddətdə zəlzələ baş verməyib.