“Ərdoğan “Ermənistanın təxribat xarakterli hərəkətləri” dedikdə bu ölkənin Azərbaycana yönəlik təxribatlarının Türkiyənin cənub regionları üçün də təhlükəsizlik problemi yaratdığına işarə edib”.
Globalinfo.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hökumətin iclasından sonra xalqa müraciətində “Rusiya-Ukrayna müharibəsinin davam etdiyi, Ermənistanın təxribat xarakterli hərəkətləri də başda olmaqla digər böhranların baş verdiyi bir zamanda cənub regionlarımızın sabitliyi və təhlükəsizliyi ölkəmiz üçün ön plandadır” dediyi cümləni şərh edərkən bildirib.
Elxan Şahinoğlu
O, qeyd edib ki, həqiqətən Ermənistanın Qərbi Zəngəzur istiqamətindən Naxçıvana qarşı silahlı təhdidləri Türkiyənin Naxçıvanla qonşu bölgələri üçün də təhdid xarakteri daşıyır:
“Ermənistan hakimiyyətinin təxribatçı siyasətinin nəticəsidir ki, İrəvan-Ankara dialoqunda fasilə yaranıb”.
Zaira Akifqızı














