moskva dron

Ukraynanın Rusiyaya dron hücumları davam edir.

Globalinfo.az xəbər verir ki, səhər saatlarında Bryansk və Kursk vilayətləri istiqamətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları növbəti hücumu təşkil ediblər.

PUA-lar Bryansk və Kursk səmalarında hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilib.

Kursk istiqamətində vurulan PUA-nın qalıqları Karl Marks küçəsində yerləşən binaya zərər vurub. Bir neçə mərtəbənin pəncərələri sınıb, xəsarət alan olmayıb.

Paylaş: