“Post-konfilik dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir”.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunan konfransda deyib.
O qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi məqsədyönlü siyasətin nəticəsidir: “Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan post-konfilikt dövrünün quruculuq modelini yaradır”.
T.Budaqovun sözlərinə görə, Azərbaycanın yaratdığı reallıqlar əsasında sülh gündəliyinin əsas prinsipləri müəyyənləşib: “Zəngəzur dəhlizinin açılması geniş və çoxşaxəli əməkdaşlığın formalaşdırılması deməkdir. Post-konfilik dövründə Azərbaycanın quruculuq konsepsiyası dünyanın diqqət mərkəzindədir. Tariximizin şanlı dövründə yaşayıb, yaratmaq hər bir azərbaycanlı üçün böyük şərəfdir. Hər birinizə şərəflə addımlamağı arzu edirəm”.