turkiye xin 12

“Türkiyə Kipr üçün qarant ölkə kimi BMT-ni adanın yunan və türk icmalarına bərabər münasibət göstərməyə, Şimali Kiprin suverenliyinə hörmət etməyə çağırır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb ki, yaranmış vəziyyət BMT-nin bölünmüş adanın icmalarına və Kiprdə məskunlaşmaya bərabər yanaşmanın təmin edilməsi üzrə əsas öhdəliklərini hələ də yerinə yetirmədiyini göstərir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Kipr Sülhməramlı Qüvvələrinin verdiyi məlumata görə, insident sülhməramlıların Pila bölgəsində yol tikintisinin qarşısını alması nəticəsində baş verib. Avqustun 17-də kipr türkləri ora tikinti texnikası aparıblar. Ertəsi gün torpağı hamarlamağa başlayanda sülhməramlılar müdaxilə edib və atışma baş verib.

Paylaş: