cfb59364 9726 3d50 844e 5cc862f836f3 850 1

Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın “Ararat-Armenia” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün komandası ilə birlikdə İrəvana gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a 28 yaşlı hücumameyilli yarımmüdafiəçi özü bildirib.

İsgəndərli hazırda Ermənistanın paytaxtı İrəvanda olduğunu söyləyib.

Qeyd edək ki, iyulun 13-də keçiriləcək “Ararat” – “Eqnatiya” matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Albaniyada təşkil olunacaq.

Paylaş: