d66460ea c96e 30c6 bd52 fc138ec2c217 850

Bu gün Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Maldiv Respublikasının xarici işlər üzrə dövlət naziri Əhməd Xəlil arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən (XİN) Globalinfo.az-a verilən məlumata görə, görüş zamanı ölkələrimiz arasında ikitərəfli əlaqələrin intensivləşdirilməsi, iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, energetika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Söhbət zamanı nazir müavini Elnur Məmmədov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad edilmiş torpaqlarda minaların təmizlənməsi prosesi, bərpa və quruculuq, habelə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən böyük qayıdış proqramı, ağıllı şəhər və yaşıl enerji layihələri haqqında ətraflı məlumat verib.

Tərəflər arasında, həmçinin çoxtərəfli əməkdaşlıq, regional məsələlər və digər maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində tərəflər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Maldiv Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar.

da0aeb9d 2ba4 3aa5 a401 43f616acfe9c 9d885f7b 5357 3509 b972 af028ec3cafd

Paylaş: