“Fransa Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasındakı rolunu gözdən salıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya Fransanın Qarabağda vəziyyətin nizamlanmasına töhfə verəcəyinə ümidini itirib:
“Avropalı müşahidəçilərdən ibarət şübhəli missiyanı Ermənistana göndərməklə ATƏT-in Minsk qrupunun dağılmasında Parisin də rolu oldu. Bu kimi addımlar tərəflərə kömək etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və öz məqsədlərinə çatmaq məqsədi daşıyır”.
M.Zaxarova Makronun Qarabağ məsələsi ilə bağlı açıqlamalarını “pafos” adlandıraraq, burada konkret nəticənin olmadığını qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az














