423807889 0 0 1921 1080 1920x0 80 0 0 77697fbbfbee81be1b0c9f6ca882d8c7

İyulun 4-ü saat 00:01 radələrində qeydə alınan zəlzələ ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib.

Globalinfo.a xəbər verir ki, bu barədə TƏBİB-dən  məlumat verilib.

Məlumata görə, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub.

Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub: “Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub”.

Paylaş: