Priqojinin qarşısını Lukaşenko yox, o aldı

Priqojinin qarşısını Lukaşenko yox, o aldı

“Vladimir Putin “Vaqner” özəl hərbi şirkətinin üsyanı zamanı hadisələrin mənfi ssenari üzrə inkişafına mane olacaq yeganə insan idi və o da bunu etdi”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç “Pink” telekanalına müsahibəsində deyib.

Vuçiçin sözlərinə görə, Aleksandr Lukaşenko vəziyyətin tənzimlənməsinə ciddi töhfə verib, ancaq hər şeyə məhz Putin nöqtə qoyub.

“Hər şey Prezident Putinin güclü, qəti və aydın reaksiyası nəticəsində sona çatdı”, – A.Vuçiç bildirib.

Tahir Turan
Globalinfo.az