vucic

 “Serbiya nə Rusiya quberniyası, nə də ABŞ müstəmləkəsidir. Biz müstəqil ölkəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.

O, Serbiyanın Qərbin təsiri olmadan qərar vermək iqtidarında olduğunu deyib. Vuçiç Rusiyaya sanksiya tətbiq etməməsi və müstəqil siyasət aparması ilə fəxr etdiyini bildirib.

Qeyd edək ki, bundan öncə Vuçiç Rusiyaya sanksiya tətbiq etməməsinə görə Qərbdən özünə güclü təzyiqlərin olduğunu bildirib. Bununla belə, Vuçiç uzun müddət Rusiyaya sanksiya tətbiq etməməkdən yayına biləcəyinə şübhə etdiyini bildirib.

Serbiya Rusiyanın Balkanlarda və Cənubi Avropada son dayağı sayılır. Bir zamanlar Moskva ilə sıx əlaqələri olan Belqrad indi bənzər münasibətləri Çin və Avropa Birliyi ilə inkişaf etdirir.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: