1670519301 1639244474 1639244380 1639220919 1636176508 1635230837 untitled 1

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Katlerlə müzakirə etdiyi məsələlər açıqlanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə D.Katler tviterdə yazıb:

“Azərbaycan və NATO bizim əməkdaşlığımızdan təhlükəsizlik, müdafiə sahəsində islahatlar və terrorçuluqla mübarizə də daxil olmaqla bir sıra sahələrdə faydalanır”.

O səmərəli müzakirəyə və 20 ildən artıqdır davam edən tərəfdaşlığa görə Azərbaycana təşəkkür edib.

Paylaş: