“Ermənistanın Azərbaycan xalqına qarşı qəsdən mina terroru başqa vasitələrlə müharibənin davamıdır”.
Globalinfo.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 28-də Tərtər rayonunda mina partlayışına münasibət bildirərkən bəyan edib.
“Dünən üç humanitar minatəmizləmə operatoru Ermənistanın əkdiyi gizli ölüm toxumlarının qurbanı olub”, – deyə H.Hacıyev bildirib və həlak olan şəxslərin xidməti avtomobilinin qalıqlarının fotosunu özünün tviter hesabında paylaşıb.
Armenia’s deliberate #mineterror against Azerbaijani people is continuation of war by other means. Yesterday 3 humanitarian mine clearance operators became victims of “hidden seeds of death” implanted by #Armenia. Wreckage of service vehicle operated by them @ANAMA_gov_az pic.twitter.com/qDkky8MdGK
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 29, 2023