95 tələbə qidadan zəhərləndi

Türkiyənin Kastamonu şəhərində 95 tələbə qaldıqları yataqxanada qidadan zəhərlənib. Onlardan 72-si xəstəxanaya yerləşdirilib.

Globalinfo.az bildirir ki, tələbələr axşam yeməyi zamanı tantunidən zəhərləniblər. Yeməkdən bir müddət sonra onlarda ürək bulantısı, baş gicəllənməsi kimi hallar müşahidə olunub.

Qeyd edək ki, tələbələrin vəziyyəti yaxşıdır və həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.