Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələri İran ərazisindən uçan pilotsuz uçuş aparatını ölkənin ərazi suları üzərində məhv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, İran istiqamətindən gələn dron BƏƏ-nin ərazi suları üzərində hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Qurum ölkənin Silahlı Qüvvələrinin yüksək hazırlıq vəziyyətində olduğunu və hava məkanının fasiləsiz şəkildə müşahidə edildiyini vurğulayıb.
Bununla yanaşı, BƏƏ Müdafiə Nazirliyi İranın “Minhad” hava bazasının hədəfə alınması ilə bağlı yaydığı məlumatı da təkzib edib.
Safura Bənnayeva
Globalinfo.az