Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio TRIPP (“Tramp yolu”, Zəngəzur dəhlizi) layihəsi ilə bağlı Ermənistan–ABŞ çərçivə sazişini onlayn formatda imzalayıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Ararat Mirzoyan özünün “Facebook” səhifəsində yayımladığı videomüraciətdə bildirib.
Sazişin detalları barədə geniş açıqlama verilməsə də, tərəflər sənədin iki ölkə arasında əməkdaşlıq çərçivəsini müəyyənləşdirdiyini qeyd ediblər.
Safura Bənnayeva
Globalinfo.az