4960590f fef6 4335 8b99 044516f86397

ABŞ-ın dövlət katibi Marko Rubio bu gün Dövlət Departamentində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Görüş bu gün Bakı vaxtı ilə saat 21:00-da Vaşinqtonda  baş tutacaq.

Bu çərçivədə bir sıra mühüm məsələlərin müzakirəsi gözlənilir.

Görüşdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker və Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosunun baş əməkdaşı Brendan Hanrahan da iştirak edəcəklər.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: