WhatsApp Image 2025 09 19 at 11.47.25

Ermənistan ərazisindən keçən kommunikasiyaların adını Ermənistan Respublikası müəyyən edə bilər. Ermənistanda “Sülhün kəsişməsi” və  Vaşinqton bəyannaməsi nəticəsində imzalanmış “TRIPP” layihəsi var”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan dolayı yolla bildirib ki, rəsmi Bakının və Ankaranın sözügedən yolu “Zəngəzur dəhlizi” adlandırması daxili məsələsidir:

“Hər hansı başqa terminologiyanın Ermənistana aidiyyəti yoxdur.

Qəbul etmədiyimiz və müəyyən etmədiyimiz, razılaşmadığımız terminologiya Ermənistan Respublikasına şamil oluna bilməz. Əgər kimsə bundan başqa məntiqlə istifadə edirsə, bu, Ermənistan Respublikasına aid məsələ deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: