İranın pul vahidi ilə bağlı dəyişiklik – qərar verildi

İranın pul vahidi ilə bağlı dəyişiklik - qərar verildi

İran parlamenti milli valyutanın denominasiyasına razılıq verib.

Globalinfo.az xəbər verir ki, İran parlamenti milli valyuta – rialın denominasiyası ilə bağlı qanun layihəsini təsdiqləyib.

Layihəyə əsasən, əskinaslardan dörd sıfırın silinməsi nəzərdə tutulur. Məsələn, hazırda dövriyyədə olan 10 000 riallıq əskinas 1 riala bərabər olacaq.

Bunun üçün üçillik keçid dövrü müəyyən edilib.

Qeyd edək ki, İranda denominasiyanın tətbiqi ilə bağlı müzakirələr uzun illərdir aparılır. Bu təşəbbüs kəskin inflyasiya və rialın dəyərdən düşməsi fonunda aktuallaşıb.

Xatırladaq ki, bundan əvvəl İranın paytaxtının dəyişə biləcəyi haqda məlumatlar yayılmışdı. İran Prezidenti Məsud Pezeşkian ölkədə ekoloji və infrastruktur problemlərinə görə paytaxtın Tehrandan köçürülməsinin qaçılmaz olduğunu bəyan etmişdi.

Safura Bənnayeva
Globalinfo.az