Sərkisyan Petrosyanı Azərbaycan atalar sözü ilə “vurdu”

Sərkisyan Petrosyanı Azərbaycan atalar sözü ilə "vurdu"

“Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Baş nazir Nikol Paşinyanı bir neçə dəfə birbaşa və dolayısı ilə müdafiə edib”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni tarixçi Vahe Sərkisyan deyib.

Onun sözlərinə görə, xüsusilə 2022-ci il mayın 5-də müqavimət hərəkatının ən qaynar mərhələsində Ter-Petrosyan Paşinyanın mübahisəli bəyanatlarından sonra dərhal açıqlama verərək, onun əleyhinə yönələn ictimai təzyiqi yumşaltmağa çalışıb:

“Bu hadisə 44 günlük müharibədən sonra da baş tutmuşdu. Levon Ter-Petrosyan açıq şəkildə bəyan edirdi ki, baş verənlərdə Paşinyanın heç bir real rolu yoxdur və onun yerində kim olsaydı, nəticə dəyişməyəcəkdi. Ona qarşı mübarizənin isə ölkəni fəlakətli sarsıntılara sürükləyəcəyini vurğulayırdı”.

V.Sərkisyan əlavə edib ki, bu cür mövqe əslində küçələrə çıxan və hakimiyyətə qarşı etiraz edən insanlarda ruh düşkünlüyü yaratmış və nəticədə Paşinyan üçün bir növ “xilas körpüsü” rolunu oynamışdı:

“Qədim bir xalq deyimi var: nə əkərsən, onu da biçərsən. Petrosyan nə əkmişdisə, indi onun nəticələrini biçir”.

Qeyd edək ki, Paşinyan bir qədər əvvəl Ter-Petrosyanı sərt şəkildə tənqid edib.

Safura Bənnayeva
Globalinfo.az