“Türkiyə Ukrayna münaqişəsinin həlli ilə bağlı birbaşa danışıqları qəbul etməyə hazırdır. Sülh üçün fürsət pəncərəsi açılıb və hərtərəfli atəşkəs sülh danışıqları üçün lazımi şərait yaradacaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında deyib.
“Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan Rusiya prezidenti Putinin İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının bərpası ilə bağlı bəyanatını alqışlayıb və Türkiyənin davamlı həllə gətirib çıxaracaq danışıqları qəbul etməyə hazır olduğunu bildirib”, – Türkiyə liderinin administrasiyası qeyd edib.
Qeyd edək ki, bir qədər əvvəl Putin Ukrayna ilə danışıqların İstanbulda keçirilməsi xahişi ilə Ərdoğana müraciət edəcəyini açıqlamışdı.
Safura Bənnayeva
Globalinfo.az













