İrəvana getdi, Azərbaycandan danışdı

İrəvana getdi, Azərbaycandan danışdı

“Almaniya Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer erməni həmkarı Vaaqn Xaçaturyanla İrəvanda keçirdiyi birgə mətbuat konfransında deyib.

O, Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı hazırkı proseslərə də münasibət bildirib:

“İndi heç nə sülh sazişinin imzalanmasına mane olmur. Mövcud çətinliklərin öhdəsindən gəlmək olar. Hər şeyi danışıqlar yolu ilə həll etmək mümkündür.

Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanması istiqamətindəki irəliləyişi çox mühümdür. Tərəfləri təbrik edirəm”.

Safura Bənnayeva
Globalinfo.az