Kamerun Prezidenti Pol Biya 2025-ci ilin oktyabrına planlaşdırılan seçkilərdə namizəd olacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “CameroonOnline” məlumat yayıb.
Qeyd edək ki, 92 yaşlı Biya 1982-ci ildən hakimiyyətdədir və bu, onu dünyanın ən uzunömürlü liderlərindən birinə çevirir. Kamerun konstitusiyası prezidentliyə namizədlərə yaş və ya müddət məhdudiyyəti qoymur, Biyaya ardıcıl səkkizinci dəfə namizəd olmağa imkan verilib.
Safura Bənnayeva
Globalinfo.az














