Paşinyanın dediklərini oxuyanda dəhşət gəldim – Sərkisyan

Paşinyanın dediklərini oxuyanda dəhşət gəldim - Sərkisyan

“Nikol Paşinyan təhlükəli, aldadıcı, yalançı müzakirə açıb. Hər dəfə onun dediklərini oxuyanda dəhşətə gəlirəm”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni ekspert Oskan Sərkisyan deyib.

Onun sözlərinə görə, Ermənistanın müdafiəsi üçün alındığı iddia edilən silahları Ağrı dağı, ya da tarixi Ermənistanla əlaqələndirmək təhlükəli yanaşmadır:

“Nikol kimin gündəliyini təqdim edir? Dedikləri öz beyninin məhsuludur, yoxsa kənardan diktə edən qüvvələrin?

Silah satan ölkələrin öz maraqları var. Biz çalışmalıyıq ki, maraqlarımızı onlarınkı ilə uzlaşdıraq. Yararsız silahları qəbul edən hərbi qulluqçular məsuliyyətə cəlb edilməlidir. Silah almaq istəyənlər bunu sakitcə edir – axtarıb müxtəlif yollar tapırlar. Həvəsi olmayanlar isə Nikol Paşinyan kimi nağıl uydururlar”.

Qeyd edək ki, ötən gün Nikol Paşinyan Ermənistanın işğalçılıq ambisiyalarının ölkəyə silah satılmasına mane olduğuna eyham vurub.

Safura Bənnayeva
Globalinfo.az