İrəvanda hindlilərlə bağlı xoşagəlməz görüntülər… – VİDEO

İrəvanda hindlilərlə bağlı xoşagəlməz görüntülər... - VİDEO

“İnternetdə İrəvanda yaşayan hindlilərin Yeni ili necə qeyd etdiklərini əks etdirən video yayılır. Bu, xoşagəlməz haldır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni ictimai xadim Karen Hekimyan deyib.

“Düzünü desəm, əcnəbilər Ermənistana işləmək üçün gəlib. Bu o deməkdir ki, Ermənistanda işçi qüvvəsinə ehtiyac var. Ölkəyə gələn əcnəbilər öz adət və mədəniyyətlərini nümayiş etdirirlər. Əcnəbilərin davranışı Ermənistan qanunlarına ziddirsə, hüquq-mühafizə orqanları lazımi addımları atmalıdır.

Deyirsiniz ki, 102-ci hərbi baza qanuni əsaslarla Ermənistanda yerləşir. Deməli, bütün ölkələrdə olduğu kimi, Ermənistanda da həmişə əcnəbilər olacaq. Problem əcnəbilərdən hansının ölkədə olmasıdır. Maraqlıdır, onlardan kim daha təhlükəlidir: şimal prospektində rəqs edən hindlilər, yoxsa qatil Permyaklar (ruslar – red.)?”- o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az