“44 günlük müharibədən sonra çox sayda silahımız yoxa çıxdı”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Baş Prokurorluq və Ədliyyə Nazirliyinin təhlükəsizliklə bağlı birgə mətbuat konfransında deyib.
O, Ermənistanda qanunsuz silahların sayının artdığını bildirib:
“Biz qanunsuz silah və sursatların axtarışı ilə bağlı metodologiyaya yenidən nəzər salmalıyıq. Yeni üsullardan istifadə edilsə də, müsbət nəticə elə də çox deyil”.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibədə Ermənistan ordusunun hərbi texnika və silah ehtiyatının böyük hissəsini məhv edib.
Əliyar Xəlil
Globalinfo.az














