4 ərəb ölkəsi və Türkiyə Qəzzanın gələcəyini qurmağa hazırdır – Blinken

Səudiyyə Ərəbistanı, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə Qəzzanın bərpasına və onun siyasi gələcəyinin qurulmasına hazırdırlar.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşündən sonra jurnalistlərə Əl-Ula hava limanında deyib.

Onun sözlərinə görə sözü gedən ölkələrin liderləri ABŞ-la birlikdə Qəzza zolağının bərpasına, Fələstin ərazilərinin siyasi gələcəyinin müəyyən edilməsinə və regionda stabillik və davamlı sülhün əldə olunmasına yönəlik səylərin koordinasiya edilməsinə dair razılığa gəliblər.