WhatsApp Image 2024 08 14 at 22.56.33

Amerikalı hərbi analitik Duqlas Makqreqor iddia edib ki, ABŞ Suriyada PKK-nı Türkiyəyə qarşı hücuma hazırlayıb. O bu prosesdə İsrailin də yer aldığını deyib.

D.Makqreqorun iddiasına Vaşinqton və Ankaradan münasibət bildirilməyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elçin Xalidbəyli deyib ki, Yaxın Şərqdə və dünyada baş verən bütün gərginliklərin əsas mənbəyi ABŞ-dır:

“Birləşmiş Ştatların əli hansı ölkəyə toxunursa, o, fəlakətə düçar olur. Bunu Suriya, İraq, Əfqanıstan, Ukrayna və s. ölkələrin timsalında görmək olar. Yaxın Şərqdəki terrorizmin də “xaç atası” ABŞ-dır. Çünki rəsmi Vaşinqton illərdir, PKK-nı Suriya və İraq ərazisində dəstəkləyir. Ankaranın rəsmi təzyiqlərindən sonra ABŞ PKK-nı Yaxın Şərqdə əsas tərəfdaşı kimi qələmə verdi. Hələ bir neçə il bundan əvvəl Vaşinqtonun Suriyadakı PKK-ya yük maşınları ilə silah göndərdiyi ifşa olunmuşdu.

Sonrakı dövrlərdə məlum oldu ki, ABŞ müasir silahlar göndərməklə yanaşı terrorçulara hərbi təlimlər də keçib. Türkiyədə təşkil olunan terror hadisələrində həyatını itirən şəxslərə görə PKK ilə yanaşı ABŞ-da məsuliyyət daşıyır”.

elcin

Politoloqun sözlərinə görə, ABŞ YPG/PKK kimi terror təşkilatları ilə əməkdaşlıq edir, həmçinin hərbi cəhətdən gücləndirmək üçün təlimlər də keçir:

“Güclənən terror təşkilatları Türkiyəyə qarşı cinayətlər törətməyə başlayırlar. Ümumiyyətlə, beynəlxalq terrorizmin əsas mənbəyi Vaşinqtondur. Bunu sübut etmək üçün yalnız Əfqanıstana baxmaq kifayətdir. Çünki ABŞ rəsmi Kabildə olduğu müddətdə ora terror yuvası, dünyanın bir nömrəli narkotik ixracatçısı  idi. Birləşmiş Ştatlar buradan öz qoşunlarını çıxartdıqdan sonra terror demək olar ki, mövcud deyil və Taliban hökuməti bu gün Əfqanıstanda narkotik bitkilərin plantasiyasını məhv etməklə məşğuldur. Hətta həmin narkotik plantasiyalarının əsl sahiblərinin ABŞ generalları olduğu haqda da fikirlər mövcuddur”.

Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, ABŞ onsuz da PKK-nın Türkiyəyə hücumlarında bu və ya digər şəkildə iştirak edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: