Türkiyə Superliqasının XXXVII turun görüşləri çərçivəsində “Qalatasaray” öz meydanında “Fənərbağça”ya 0-1 uduzub.
Görüşdə yeganə qolu 71-ci dəqiqədə Çağlar Söyüncü vurub.
Bununla da “Qalatasaray”ın 55 minə yaxın azarkeşinin önündə çempionluğunu qeyd etməsi planı baş tutmayıb. Oyundan sonra meydanda davam düşüb.
Qeyd edək ki, bu nəticənin ardından “Fənərbağça” xallarının sayını 96-ya çatdıraraq turnir cədvəlində ikinci sırada qalıb. Okan Burukun rəhbərlik etdiyi “Qalatasaray” isə 99 xalla liderdir.
Çempion komandanın adına sonuncu turda aydınlıq gələcək.
***
Bu gün – mayın 19-da Türkiyə Super Liqasında İstanbul derbisi keçiriləcək.
Globalinfo.az xəbər verir ki, “Rams Qlobal Park”nda oynanılacaq görüşdə “Qalatasaray” 37-ci turda “Fənərbağça”nı qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, bugünkü oyunda “Qalatasaray” heç-heçə etsə və ya qələbə qazansa, çempionluğunu rəsmiləşdirəcək.
Hazırda turnir cədvəlində “Qalatasaray” 99 xalla liderdir, “Fənərbaxça” isə 93 xalla 2-cidir.














