Öskürək siropu Özbəkistan, Qambiya və İndoneziyada 300-dən çox insanın ölümünə səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Məlumatda bildirilib ki, ölənlərin əksəriyyəti beş yaşınadək uşaqlardır.
Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, yüksək təsirli dietilen qlikol və etilen qlikolun olduğu təsdiqlənmiş və ya şübhəli bilinən uşaq öskürək siropu oktyabr-yanvar aylarında yeddi ölkədə satılıb.
Sənaye həlledicisi antifriz kimi istifadə edilən bu maddələr kiçik dozalarda belə ölümcüldür və buna görə də onların dərman preparatlarında olması qadağandır.
ÜST bütün 194 üzv ölkəyə xəbərdarlıq göndərərək təhlükəli dərmanların apteklərdən çıxarılmasını tələb edib.














