Ermənistan “qayığı” Bakıya aparılır – Şarmazanov

“Nikol erməni qayığını Araratdan çıxarıb, Ankaraya aparır. Ermənistan Baş naziri son toplantısında qeyd edib ki, özümü fırtınalı okeana düşən qayığı sahilə çıxarmaq məcburiyyətində hiss edir”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.

“Nikol, siz qayıqlarımızı fırtınalı okeanda sahilə çıxara bilməzsiniz, çünki müvafiq bilik və bacarıqlarınız yoxdur. Özünüz o “qayığı” erməni sahillərindən çıxarıb “okean dalğaları”na saldınız.

Araratdan və Qarabağdan bizim qayığı çıxarıb, Bakıya, Ankaraya aparırsınız. Məqsədiniz “qayığı” təhlükəsiz sahilə çıxarmaq deyil, onu türk sahillərinin yaxınlığında saxlamaqdır. Artıq uzun müddətdir ki, “kapitan” deyilsiniz, amma hələ də bunu bilmirsiniz”, – Şarmazanov qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az