2024-cü ildən uşaqpulu veriləcək? – Deputat aydınlıq gətirdi

2024-cü ildən uşaqpulu veriləcək? – Deputat aydınlıq gətirdi

Milli Məclisin son iclasında uşaqpulu məsələsi yenidən gündəmə gətirilib. İctimaiyyətdə 7 fevral 2024-cü ildə keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərində hakimiyyətin sosial paketinə bu məsələnin daxil edilib-edilməyəcəyi müzakirə olunur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, əslində, uşaqpulu məsələsi gündəmə gətirilməyib:

“Uşaqpulu” Sovet dövrünün terminidir. Bu, ehtiyacı olan-olmayan hər kəsə vəsaitin verilməsini özündə ehtiva edir.

2024-cü ildən uşaqpulu veriləcək? – Deputat aydınlıq gətirdi

Fazil Mustafa

Lakin hazırda uşaqpulu məsələsi yox, müxtəlif kateqoriyadan olan uşaqların müavinət sisteminin genişləndirilməsi müzakirə edilir. Bu pul hansısa formada ehtiyacı olan ailələrə verilir, amma əhatəliliyi genişləndirilməlidir: 5-6 növ müavinət 10-15 növ olmalıdır. Ehtiyacı olan heç bir uşaq kənarda qalmamalıdır”.

Safura Bənnayeva
Globalinfo.az