11 milyon dollarlıq fil sümüyü məhv edildi

11 milyon dollarlıq fil sümüyü məhv edildi

Nigeriyada 11,2 milyon dollar dəyəri olan fil sümüyü məhv edilib.

Globalinfo.az xəbər verir ki, 2,5 ton çəkisi olan fil sümüyü Nigeriyadakı qaçaqmalçılardan ələ keçirilib. Nigeriya rəsmilərinin verdiyi məlumata görə, fil sümüyünün böyük hissəsi qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilib.

Hökumət bu addımla ölkədə vəhşi heyvan alverinə ciddi yanaşdığını göstərmək niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, Qərbi Afrikada qeyri-qanuni yolla əldə edilən fil sümüyü ənənəvi təbabətdə, zərgərlik məmulatlarının istehsalında və suvenirlərin hazırlanmasında istifadə olunur. Məhz bu səbəbdən də qaçaqmalçılar fil sümüyünü qeyri-qanuni yollarla müxtəlif ölkələrdən Nigeriyaya gətirirlər.

Əliyar Xəlil
Globalinfo.az