“Orduda xidmətdən yayınan 10 minə yaxın Ermənistan vətəndaşı hazırda axtarışdadır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Hayk Konjoryan deyib.
“Onlar cinayət məsuliyyətinə cəlb olunmalıdırlar, lakin cəmi 4-5-i saxlanılıb. Təsəvvür edin, xidmətdən yayınan 10 min adam orduya gəlmir, mühakimə olunmur, bunun əvəzini ödəmir. Yeni qanun layihəsi ilə yaşı 27-yə çatmış və orduda xidmət etməmiş şəxslər xidmət müddəti üzrə ödəniş edərək vəzifədən azad oluna biləcəklər”, – erməni deputat bildirib.
Əliyar Xəlil
Globalinfo.az














