1 nömrəli “qanuni oğru”nun qardaşı oğlu saxlanıldı – FOTO

1 nömrəli "qanuni oğru"nun qardaşı oğlu saxlanıldı - FOTO

Rusiyanın Moskva vilayətinin Balaşixa şəhərində 1 nömrəli “qanuni oğru” Şakro Molodoyun qardaşı oğlu saxlanılıb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, 22 yaşlı Vitalik Kalaşov əvvəllər adam öldürməyə cəhddə şübhəli bilinərək federal axtarışa verilib.

O, ötən gecə Fadeyev küçəsindəki evdə saxlanılıb.

Cinayət başçısının qardaşı oğlu 2024-cü ilin sonundan bəri polisdən qaçıb.

Onu 11 ilə qədər həbs gözləyir.

1 nömrəli "qanuni oğru"nun qardaşı oğlu saxlanıldı - FOTO