Əhalidə koronavirusa qarşı immunitet formalaşıb – Rəsmi

Əhalidə koronavirusa qarşı immunitet formalaşıb - Rəsmi

“Bayram günlərində insanlar arasında təmasların sayının artmasına baxmayaraq, yoluxma hallarında artım müşahidə edilmədi”.

Globalinfo.az bildirir ki, bunu APA-nın sorğusuna cavabda Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov deyib.

“Bu, onu deməyə əsas verir ki, vəziyyət kifayət qədər dayanıqlıdır. Səbəb isə əhalinin əksər hissəsində xəstəliyə qarşı immunitetin formalaşmasıdır ki, bu da bir tərəfdən xəstəliyi keçirmə, digər tərəfdən isə və əsasən kütləvi vaksinasiya hesabına əldə edilib”, – o əlavə edib.