Gürcüstandakı parlament seçkisində Prezident Salome Zurabişvili səs verib.
Globalinfo.az xəbər verir ki, Zurabişvili səsvermədən sonra jurnalistlərə açıqlamasında yeni Gürcüstan üçün səs verdiyini bildirib:
“Mən kiməsə yox, yeni Gürcüstana səs verdim. O Gürcüstan üçün hansı ki, 22 il əvvəl mən köçmüşəm. Mən əcdadlarımın dua etdiyi ölkə üçün səs vermişəm. Axşam hamımız qalib olacağıq çünki Gürcüstan qələbə qazanacaq”.
Qeyd edək ki, bu gün Gürcüstanda parlament seçkiləri başlayıb. Seçki ölkə üçün tarixi hesab edilir. Çünki Qərblə gərginlik fonunda keçir. Qərb gürcü hökumətini Avropaya inteqrasiyadan imtinada ittiham edir, hökumət isə müxalifəti ölkəni müharibəyə aparmaqda günahlandırır.
Əliyar Xəlil
Globalinfo.az













