Ziya Bünyadov prospektində qəza: tıxac yarandı – FOTO

Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, poladəritmə zavodunun qarşısında, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən metronun həm “Koroğlu”, həm də “20 Yanvar” stansiyaları istiqamətində sıxlıq yaranıb.