“Zirə” son dəqiqə qolu ilə qalib gəldi

“Zirə” son dəqiqə qolu ilə qalib gəldi

Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.

Globalinfo.az xəbər verir ki, “Zirə” doğma meydanda “Səbail”i qəbul edib.

Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+6-cı dəqiqədə Ruan Renato vurub.

Xallarını 51-ə çatdıran meydan sahibləri ikinci, “Səbail” isə 18 xalla sonuncu – 10-cu yerdə qərarlaşıblar