“Zirə” “Şerif”ə qalib gəldi

"Zirə" "Şerif"ə qalib gəldi

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Zirə” Moldovada “Şerif”lə üz-üzə gəlib.

Globalinfo.az xəbər verir ki, Tiraspol şəhərindəki “Şerif Arena”da baş tutan matç təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 1:0.

Matçda yeganə qolu 88-ci dəqiqədə David Volkov rəqibin qapısından keçirib.

Qeyd edək ki, “Zirə” və “Şerif arasında cavab oyunu isə bir həftə sonra “Liv Bona Dea Arena” gerçəkləşəcək. Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

***

UEFA Avropa Liqasının I turunun ilk görüşü çərçivəsində “Şerif” (Moldova) – “Zirə” matçı start götürüb.

Globalinfo.az xəbər verir ki, qarşılaşma Tiraspol şəhərindəki “Şerif Arena”da keçirilir.

Görüşü isveçrəli referi Alessandro Dudiç idarə edir.