“Zirə” qalib gəldi: liderliyini davam etdirir

"Zirə" qalib gəldi: liderliyini davam etdirir

Futbol üzrə Azərbaycan Premyer Liqasında 13-cü turun ilk matçında “Zirə” “Qəbələ”ni qəbul edib.

Globalinfo.az xəbər verir ki, matç paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 64-cü dəqiqədə penaltidən Qismət Alıyev vurub.

Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran “qartallar” liderliyini davam etdirir. “Qəbələ” 8 xalla sonuncu – 10-cu sıradadır.